25.11.2022,17:06
25 noyabr, Fineko/abc.az. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Rusiyanın, o cümlədən Həştərxan vilayətinin gəmiqayırma zavodlarında müxtəlif ixtisaslaşdırılmış gəmilərin inşası imkanlarını nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bunu news.ru nəşrinə müsahibəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev deyib.
O, qeyd edib ki, ikitərəfli səfərlər və görüşlər zamanı Bakı Gəmiqayırma Zavodu ilə Həştərxan vilayətinin tərsanələri arasında birgə inşa, montaj və ya digər əməkdaşlıq imkanları nəzərdən keçirilir.
“ASCO qarşılıqlı fəaliyyətin bu cür formalarında maraqlıdır, çünki bu, bizə Rusiyanın, xüsusən də Həştərxanın gəmiqayırma şirkətlərinin çoxillik təcrübəsindən yararlanmaq imkanı verir. Biz mütəmadi olaraq Həştərxan vilayəti hökumətinin nümayəndələri ilə görüşürük, bizim Həştərxanla güclü tarixi əlaqələrimiz var. Vaxtilə xeyli sayda gəmilərimizin tikintisi bu şəhərdə yerləşən tərsanələrdə aparıldığı üçün Həştərxanın gəmiqayırma zavodları bizim üçün həmişə xüsusi rola malik olub. İndiyədək onlarla sıx əlaqələrimiz var və imkan daxilində təcrübə mübadiləsi aparmağa, əməkdaşlığın müxtəlif variantlarını və gəmiqayırma sahəsində mümkün yenilikləri müzakirə etməyə çalışırıq”, - R.Vəliyev bildirib.
Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz yenidən bronlaşdırılmasına icazə verilir.
08.02.2023,10:06
Yaponiyanın avtomobil istehsalçısı “Mitsubishi Motor”un 31 dekabrda başa çatan 2022-2023 maliyyə ilinin doqquz ayında xalis mənfəəti əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə artaraq 130,754 milyard yen (1 milyard dollar) təşkil edib.
02.02.2023,17:09
08 Fevral 2023 | 17:26
08 Fevral 2023 | 17:05
08 Fevral 2023 | 16:28
08 Fevral 2023 | 16:16
08 Fevral 2023 | 16:05
08 Fevral 2023 | 15:37
08 Fevral 2023 | 15:20
08 Fevral 2023 | 14:58
08 Fevral 2023 | 14:49
08 Fevral 2023 | 14:39
08 Fevral 2023 | 14:37
08 Fevral 2023 | 14:16
08 Fevral 2023 | 13:56
08 Fevral 2023 | 12:32
08 Fevral 2023 | 12:19
07 Fevral 2023 | 15:33
07 Fevral 2023 | 15:12
07 Fevral 2023 | 15:41
07 Fevral 2023 | 15:23
07 Fevral 2023 | 16:30
07 Fevral 2023 | 16:45
07 Fevral 2023 | 14:49
07 Fevral 2023 | 14:58
07 Fevral 2023 | 15:46
07 Fevral 2023 | 16:35