“Goldman Sachs” Çin iqtisadiyyatı barədə şərh verib

28.11.2022,11:01


28 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi bir neçə gündür Çində sərt karantin tədbirləri ilə bağlı etirazlar başlayıb. Bu isə qlobal bazarların gündəmindədir. Etirazların dünya iqtisadiyyatına da təsirsiz ötüşməməsi qlobal gücləri dilə gətirib.

ABC.AZ xəbər verir ki, bu təsirlərə toxunan qlobal investisiya bankı “Goldman Sachs” etirazlar və onların yaradacağı fəsadlarla bağlı şərh verib.

Qlobal Bnakdan bildirilib ki, ölkədə etirazlara səbəb olan sərt karantin rejimi tədbirlərinin gözləniləndən daha tez sona çatdırılacağını proqnozlaşdırır.

“Çinin aprel ayından əvvəl "sıfır Kovid" siyasətini sona çatdıracağı gözlənilir” deyə Bbankdan bildirilib.

"Çin mərkəzi hökuməti daha çox karantin və ya daha çox yoluxma faktı arasında seçim etməli ola bilər", - deyə iqtisadçılar bildirib.