28.11.2022,16:42
28 noyabr, Fineko/abc.az. Dekabrın 7-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak təkrar açıq hərraca çıxarılacaq.
Fonddan ABC.AZ-a bildirilib ki, daşınmaz əmlak Xaçmaz rayonu, Heydər Əliyev prospekti 33B ünvanında yerləşən qeyri-yaşayış binasıdır.
Daşınmaz əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 34 min 425 manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67
2022-ci il ərzində 49371 fərdi yaşayış evi və 94510 mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
31.01.2023,14:42
03 Fevral 2023 | 17:34
03 Fevral 2023 | 17:29
03 Fevral 2023 | 17:14
03 Fevral 2023 | 17:07
03 Fevral 2023 | 16:56
03 Fevral 2023 | 16:42
03 Fevral 2023 | 15:48
03 Fevral 2023 | 15:44
03 Fevral 2023 | 15:43
03 Fevral 2023 | 15:20
03 Fevral 2023 | 15:13
03 Fevral 2023 | 15:03
03 Fevral 2023 | 14:48
03 Fevral 2023 | 14:44
03 Fevral 2023 | 14:34