28.11.2022,17:02
28 noyabr, Fineko/abc.az. Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərində 25.11.2022-ci il tarixdən etibarən 24 saat fasiləsiz iş rejimi tətbiq edilib.
ABC.AZ BDYPİ-yə istinadən xəbər verir ki, xidmətin fasiləsiz təşkili ilə Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, habelə gündüz saatlarında sərnişin daşıması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb.
Eyni zamanda xidmətin fasiləsiz təşkilinin Paytaxt ərazisində tıxacların qarşısının alınmasına da töhfə verəcəyi gözlənilir.
Xatırladaq ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.
Yaponiyanın avtomobil istehsalçısı “Mitsubishi Motor”un 31 dekabrda başa çatan 2022-2023 maliyyə ilinin doqquz ayında xalis mənfəəti əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə artaraq 130,754 milyard yen (1 milyard dollar) təşkil edib.
02.02.2023,17:09
03 Fevral 2023 | 17:34
03 Fevral 2023 | 17:29
03 Fevral 2023 | 17:14
03 Fevral 2023 | 17:07
03 Fevral 2023 | 16:56
03 Fevral 2023 | 16:42
03 Fevral 2023 | 15:48
03 Fevral 2023 | 15:44
03 Fevral 2023 | 15:43
03 Fevral 2023 | 15:20
03 Fevral 2023 | 15:13
03 Fevral 2023 | 15:03
03 Fevral 2023 | 14:48
03 Fevral 2023 | 14:44
03 Fevral 2023 | 14:34