Prezident İlham Əliyev BƏƏ-nin Kabinet işləri nazirini qəbul edib

14:23 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib.

ABC.AZ xəbər verir ki, söhbət zamanı iki ölkənin liderləri arasında səmimi dostluq münasibətlərinin olmasının əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.

İkitərəfli əlaqələrimizin çox yaxşı səviyyəsindən çıxış edərək bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirildiyini deyən İlham Əliyev bu xüsusda BƏƏ-nin aparıcı şirkətlərindən olan “Masdar”ın Azərbaycanda investisiya qoyuluşu layihəsini qeyd etdi.

Dövlət başçısı işğal dövründə ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılardan danışdı, hazırda Azərbaycanın həmin ərazilərdə ən müasir şəhərsalma konsepsiyası tətbiq olunmaqla həyata keçirdiyi bərpa-quruculuq işləri barədə məlumat verdi.

Bütün xəbərlər