Bu şəxslərə pensiya ödənişi barədə yeni layihə hazırlanıb

14:56 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Əlilliyə görə pensiyanın ödənilməsi ilə bağlı yeni layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da deyib.

Qurum rəsmisi bildirib ki, layihəyə əsasən həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək.

"Əlilliyin müəyyən edilməsi meyarlarında da dəyişiklik edilib. Artıq əlillik dərəcələrlə deyil, əmək qabiliyətinin itirilmə faizi ilə müəyyən ediləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər