Əməliyyat mənfəəti 25 mln manatdan çox olan banklar

29.11.2022,15:58


29 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 1-i bu ilin yanvar-sentyabr aylarında əməliyyat mənfəəti əldə etməyib.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bu, Pakistan Milli Bankının Bakı filialıdır.

Başqa sözlə, bu bank əməliyyat zərərinə uğrayıb. Zərərin məbləği 379 min manatdır.

Qalan 25 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Onlardan 5-də bu göstərici 25 milyon manatdan çoxdur. Həmin banklar “Kapital Bank” (339,561 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (281,746 milyon manat), “PAŞA Bank” (149,888 milyon manat), “Xalq Bank” (34,079 milyon manat) və “Bank of Baku” (26,245 milyon manat) ASC-lərdir.

Qalan 20 bankdan 8-də əməliyyat mənfəəti 10-25 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.