Pensiyaçılara verilən 200 manat hissələrə bölünərək ödəniləcək

29.11.2022,16:19


29 noyabr, Fineko/abc.az. Sığorta prinsipi ilə pensiya alan şəxslərə verilən 200 manatla bağlı yenilik olacaq.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da deyib.

O, bildirib ki, sözügedən məbləğ maddi yardım gələn ildən bərabər hissələrə bölünməklə pensiyaların tərkibinə daxil ediləcək.

E.İsmayılov bildirib ki, artıq bu tapşırığa uyğun olaraq DSMF tərəfindən müvafiq layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib:

"Layihədə qeyd edilib ki, 200 manat maddi yardım aylara bölünərək pensiyanın məbləğində nəzərə alınsın və növbəti ildən də indeksləşdirilməsi aparılsın. Qanunvericiliyə ediləcək dəyişiklikdən sonra həmin məbləğ aylar üzrə 16 manat 67 qəpik olmaqla pensiyalara əlavə ediləcək".