10:44 - 30.11.2022
30 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 601,853 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-oktyabr aylarına nisbətən 24,7% çoxdur.
Ötən 10 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 12,2% azalaraq 195,772 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 279,219 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 6,9% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 21% azalaraq 71,848 milyon manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-oktyabr aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-oktyabr aylarında 62,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 45,45 manatdan 40,9 manata düşüb.
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024