Azərkosmos” ən çox bu ölkələrə xidmət ixrac edib

15:50 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 40 ölkəsinə ixracın həyata keçirildiyini yazmışdıq

ABC.AZ xəbər verir ki, bu barədə məlumat İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr buraxılışında öz əksini tapıb.

Qeyd edilib ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində 5,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 4,6 milyon ABŞ dolları ilə Fransa, 3,6 milyon ABŞ dolları ilə Lüksemburq, 1,9 milyon ABŞ dolları ilə BƏƏ və 1,2 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

Bütün xəbərlər