Azərbaycanın turizm potensialı Avropanın bu ölkəsində nümayiş olunur

16:49 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. Azərbaycanın turizm potensialı İspaniyada keçirilən “IBTM World” sərgisində nümayiş etdirilir.

ABC.AZ xəbər verir ki, sərgidə Azərbaycan nümayəndə heyətini hotel, turagentliklər, “Azərbaycan Hava Yolları” QSC, Bakı Konqres Mərkəzi və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla ümumilikdə 11 tərəfdaş təmsil edir.

Dekabrın 1-dək davam edəcək sərgi çərçivəsində B2B (Biznesdən-biznesə) formatında görüşlər keçirilir, Azərbaycanın işgüzar turizm potensialı haqqında təqdimatlar nümayiş etdirilir.

“IBTM World” işgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri hesab edilir. Tədbirdə iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaqdır.

 


Bütün xəbərlər