Ermənistanın yaydığı məlumat yalandır - Müdafiə Nazirliyi

09:59 - 1.12.2022


1 dekabr, Fineko/abc.az. Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Bütün xəbərlər