"Azərkosmos"un gəlirlərinin azalmasının səbəbləri açıqlanıb

14:10 - 1.12.2022


1 dekabr, Fineko/abc.az. Qlobal iqtisadiyyatda baş verən proseslər, o cümlədən inflyasiya bütün iqtisadi sektorlar kimi kosmik sənayeyə də mənfi təsir göstərib.

ABC.AZ xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov rəhbərlik etdiyi qurumun ixrac gəlirlərinin azalmasının səbəblərini açıqlayarkən bildirib.

"İxrac gəlirlərimiz 40-dan çox ölkədə 300-dən çox müştəridən əldə olunur. Ümumiyyətlə peyk gəlirləri hansısa il azala da bilər, arta da bilər. Bu ümumdünya iqtisadi fəaliyyəti ilə bağlı məsələdir. Təkcə Azərbaycan və yaxud regionumuzla bağlı deyil. Növbəti illərdə peyk texnologiyaları hesabına gəlirlərdə artım proqnozlaşdırırıq", - deyə o qeyd edib.

Bütün xəbərlər