15:10 - 1.12.2022
1 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Beynəlxalq Valyuta Fondu Rusiyadan pul köçürmələrinin azalması və Ukrayna müharibəsinin təsirləri barədə hesabat açıqlayıb.
ABC.AZ hesabata istinadən xəbər verir ki, fevral ayında Rusiya Ukraynanı işğal edəndə Qafqaz və Mərkəzi Asiya ölkələrinin Rusiya ilə yaxınlığı və yaxın iqtisadi əlaqələri səbəbindən müharibənin nəticələrindən ən çox zərər çəkəcəkləri gözlənilirdi.
Ancaq təəccüblüdür ki, region ölkələrinin əksəriyyətində iqtisadi fəaliyyət qismən gözlənilməz müsbət yayılmalara, o cümlədən gəlirlərin artması və regiona maliyyə axınına görə indiyədək yaxşı səviyyədə qalıb.
“Bu yayılmalara baxmayaraq, bizim son Regional İqtisadi Görünüşümüz göstərir ki, Ukraynadakı müharibə inflyasiyaya və pul köçürmələrinə təsiri ilə Qafqaz və Mərkəzi Asiya ölkələrində yoxsulluq səviyyəsini təxminən 1 faiz bəndi artıra bilər. Bu o deməkdir ki, yaxın illərdə daha bir milyona yaxın insan yoxsulluğa düçar ola bilər. Müharibənin ağır yükünü ən yoxsul ölkələrin ən kasıb insanları çəkəcək”-deyə hesabatda bildirilir.
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
22 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024