Bu gün sonuncu sınaq imtahanı və rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

13:33 - 10.06.2018


10 iyun, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi  bu gün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanları və rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir. Sınaq imtahanları Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 26 binada təşkil olunur. 

DİM bu gün, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri üçün Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 4 binada “Azərbaycan dili” fənni üzrə imtahan keçirir.

Bütün xəbərlər