Naxçıvan verilən dotasiya artılır?

14:19 - 5.12.2022


5 dekabr, Fineko/abc.az.  Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin ləğv olunub yeni Baş Gömrük İdarəsinin yaradılması ilə 53,2 mln. manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi vacib hesab edilir.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, Baş idarənin saxlanmasına 20,1 milyon manat ayrılacaq: "Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının maliyyələşməsi mərkəzləşmiş xərclərə ötürülüb. Orada aparılacaq işlər nəticəsində optimallaşmanı görəcəyik. Xərclərdə hər hansı bir qənaət olduğu halda daha az transfert veriləcək. Bunu tənzimləyəcəyik. Dotasiya ilə bağlı isə hər hansı tələsik qərar qəbul edilməsi məqsədəuyğun deyil"

Bütün xəbərlər