Türk Hava Yollarının (THY) bazar dəyəri açıqlanıb 

16:54 - 6.12.2022


6 dekabr, Fineko/abc.az.  Türkiyənin flaqman mülki aviasiya aviaşirkəti Türk Hava Yollarının (THY) bazar dəyəri 191,3 milyard türk lirəsinə, hazırkı məzənnə ilə 9,78 milyard avroya çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. 

Məlumata əsasən, bu rəqəm Almaniyanın Lufthansa şirkətinin 9,28 milyard avro dəyərində qiymətləndirilən bazar dəyərini üstələyir.

Ötən bazar ertəsi İstanbul Birjasında keçirilən hərraclarda THY-nin səhm qiyməti  8 % artaraq 138,60 lirə olub. Əgər 2021-ci il dekabrın 31-də Türkiyənin milli aviadaşıyıcısının səhmlərinin qiyməti 20,02 lirə idisə, il ərzində rekord 592,3 faiz artıb.

Bu arada, Lufthansa səhmlərinin dəyəri ilin əvvəlindən cəmi 25,7% artaraq 6,18 avrodan 7,77 avroya yüksəlib, Anadolu Agentliyi qeyd edir.

Bütün xəbərlər