Milli Ulduz Təsnifatına indiyədək 150 hotel müraciət edib – Agentlik sədri

10:58 - 7.12.2022


7 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan Hotel Assosiasiyasının 5-ci Assambleyası keçirilib.

ABC.AZ-ın məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirdə bəzi məqamlara aydınlıq gətirib. O, qeyd edib ki, iki ildir ki, uğurla həyata keçirilən Milli Ulduz Təsnifatına indiyədək 150 hotel müraciət edib, 100-ə yaxın hotelin təsnifatı başa çatıb, onlardan isə cəmi 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib.

“Ulduz kateqoriyası əldə etmək üçün müraciət edən hotellərin çox az bir hissəsi  qoyulan tələblərə cavab verib. Bunların içərisində çoxsaylı uyğunsuzluqlar olub. Bu, səbəblə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellər çoxluq təşkil edib. Ulduz sertifikatına malik olan hotellərin sayının artması sağlam rəqabəti stimullaşdıracaq və bu da nəticə etibarilə hotelçilik sənayesinin inkişafına təkan verəcək, tələb və təklif qanununun daha dolğun realizə edilməsinə töhfə verəcək”- deyə F.Nağıyev bildirib.

Bütün xəbərlər