Bu halda Dövlət Turizm Agentliyinə müraciət etməlidir

14:07 - 7.12.2022


7 dekabr, Fineko/abc.az.  Azərbaycanda hotellərin səfərqabağı qiymətləri artırması halları ilə üzləşənlər Dövlət Turizm Agentliyinə müraciət etməlidir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Günay Sağlam gözlənilməz qiymət artımları ilə bağlı turizm şirkətlərinin iddialarına münasibət bildirərkən deyib.

“Əgər hotelin turizm şirkəti ilə müqaviləsi varsa və hər iki tərəf peşəkardırsa, belə halların olması mümkün deyil. Amma bəzən xoşagəlməz hallar baş verir. Böyük hotellərin şikayət mexanizmləri var və turizm agentlikləri həmin mexanizmlər əsasında Dövlət Turizm Agentliyinə müraciət edə bilərlər. Amma bizim bildiyimizə görə, böyük hotellərdə həmn hallar yoxdur. Çünki qiymətlər əvvəlcədən danışılır və müqavilələr imzalanaraq ona uyğun hərəkət edilir. Mövsümü qiymətlər də əvvəlcədən müzakirə olunur və razılıq əldə edilir.

Hazırda yerli turizm şirkətləri əsasən onlara üstünlük verilməməsindən narazıdır. Əslində biz yerli hotellərlə bunun müzakirəsini aparırıq. Bir çox hotellər yerli turizm şirkətləri üçün qiymətlərini dəyişdirib”, - deyə o qeyd edib.

Bütün xəbərlər