ABŞ-ın ən böyük Bankı işçilərini ixtisar edə bilər

15:49 - 7.12.2022


7 dekabr, Fineko/abc.az. ABŞ-ın ən böyük banklarından biri olan “Goldman Sachs” yaxın gələcəkdə əməkdaşlarını ixtisar edə bilər.

ABC.AZ xəbər verir ki, ixtisar gözlənilən iqtisadi tənəzzüllə əlaqədardır. 
“Goldman Sachs”ın baş direktoru David Solomon bildirib ki, artan iqtisadi qeyri-müəyyənlik fonunda bank işçilərini ixtisar etməli ola bilərlər. Solomon qeyd edib ki, indi maliyyə resursları ilə daha diqqətli olmaq lazımdır, belə ki, ABŞ 2023-cü ildə tənəzzüllə üzləşə bilər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər