Gəlirlərin deklarasiyana dair qanun qəbul olunub, amma işləmir – Vüqar Bayramov

17:06 - 7.12.2022


7 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Milli Məclisin iclasında millət vəkili Vüqar Bayramov bir sıra vacib məqamlara toxunub.

ABC.AZ xəbər verir ki, Vüqar Bayramov vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim etmələrinin vacibliyi məsələsinə toxunub.

O, bu sahədə yeni qanunun qəbuluna ehtiyac olduğunu bildirib: “Azərbaycanda 17 il öncə gəlirlərin deklarasiyana dair qanun qəbul olunub, amma işləmir. Azərbaycanda gəlirlərin deklarasiyası ilə yeni qanunun qəbuluna ehtiyac var. Həm çirkli pulların yuyulması, həm bütövlükdə bu sahədə şəffaflığın artırılması, xüsusilə də vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası haqqında yeni qanun layihəsinin hazırlanması lazımdır. Bütün hallarda vətəndaşlar öz gəlirlərini deklarasiya etməlidirlər".

Bütün xəbərlər