Naxçıvanda filial açmaq istəyən Bank olarsa müraciətinə baxacağıq – Mərkəzi Bank

17:28 - 7.12.2022


7 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvanda filial açmaq istəyən bank olarsa onların müraciətinə baxılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Mərkəzi Bankdan qeyd ediblər ki, “Banklar haqqında” qanuna əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Bankın filialının açılmasına icazənin verilməsi Bankın səlahiyyətli orqanının qərarı və müraciəti əsasında həyata keçirilir.

"Bu il noyabr ayının sonuna Naxçıvan Muxtar Respublikasında 7 bankın 18 filialı, 1 şöbəsi və 2 mübadilə şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının ərazisində 2 bank olmayan kredit təşkilatının filialı fəaliyyət göstərir (“Aqrarkredit” QSC BOKT və MM “FİNCA Azərbaycan” Qeyri-bank kredit təşkilatı). 2022-ci ildə 2 yeni bank filialı açılıb. Müraciət olunarsa qanunvericiliyə uyğun olaraq baxılacaq",- deyə AMB-dən əlavə ediblər.

Bütün xəbərlər