Azərbaycanda muzdla çalışan işçilərin sayı və əmək haqqı artıb

12:15 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Cari ilin il mayın 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,2% artaraq 1538,2 min nəfər təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, onlardan 887,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 651,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

“Cari ilin yanvar-aprel aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 3,5% artaraq 538,8 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər