Mərkəzi Bankdan yeni pul nişanları - Artıq tədavülə buraxılıb

10:09 - 8.12.2022


8 dekabr, Fineko/abc.az.  Cari ildə Milli Olimpiya Komitəsinin yaranmasının 30 ili tamam olur.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bank (AMB) tərəfindən Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə tədavülə nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı buraxılıb.

Buraxılış limiti 200 ədəd olmaqla Milli Olimpiya Komitəsinin sifarişi əsasında müəyyənləşdirilib. Bu pul nişanlarının Milli Olimpiya Komitəsinə satışı təmin olunub. Yubiley pul nişanının çəkisi 1 troy unsiya 31,1 qram, diametri 38,61 millimetr təşkil edir. Pul nişanı Almaniyanın “Bavarian Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib. Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.


Bütün xəbərlər