Azərbaycana gələnlərin sayı 2 dəfədən çox artıb 

11:45 - 8.12.2022


8 dekabr, Fineko/abc.az. Bu ilin 11 ayı ərzində ölkəmizə 1 458 000-dən çox ziyarət qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Agentlik sədri qeyd edib ki, bu 2021-ci ilin rəqəmləri ilə müqayisədə 2.1 dəfə artım deməkdir.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Hindistandan gələn turist sayı pandemiyadan əvvəlki göstəriclərin 90 %-dən çoxdur. Belarus, Pakistan, İordaniya kimi ölkələr isə 2019-cu il nəticələrini belə üstələyiblər.

Bütün xəbərlər