Qazaxıstan tankerləri Türkiyə boğazlarında qaldı - Detallar

08.12.2022,14:25


8 dekabr, Fineko/abc.az. Qazaxıstan nefti daşıyan tankerlərin Türkiyə boğazlarında qalması Qazaxıstan üçün itkilərə səbəb olmayıb.

ABC.AZ xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə "Kazmunayqaz" milli şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev məlumat verib.

"Bu, iqtisadiyyatımız üçün itkiyə səbəb olmur. Çünki tarixən, tankerlərin Bosfor boğazından keçməsi 14 gün çəkir. Yalnız neft hasilatını azaltsaq, itkilər yarana bilər", - deyə o bildirib.
Mirzəqaliyev qeyd edib ki “bu gün vəziyyət kritik deyil”, Qazaxıstan hakimiyyəti bununla fəal şəkildə məşğul olmağa başlayıb.