“Hertz” şirkəti 168 milyon dollar təzminat ödəyəcək

08.12.2022,14:36


8 dekabr, Fineko/abc.az. Avtomobillərin icarəsi üzrə ixtisaslaşan “Hertz” şirkəti öz müştəriləri tərəfindən bu şirkətə qarşı qaldırılmış çoxsaylı məhkəmə iddialarının nizamlanması üçün 168 milyon dollar ödəməyə razılıq verib. İddiaçılar onların səhvən - guya avtomobil qaçırmağa görə tutulub saxlandıqlarını bildirirlər.

ABC.AZ xəbər verir ki, 364 məhkəmə iddiasında “Hertz” şirkətinin guya oğurlanmış avtomobillər barədə hüquq-mühafizə orqanlarına verdiyi məlumat səhv olub. Nəticədə bu avtomobilləri icarəyə götürmüş müştərilər həbs edilib. “Hertz” şirkətinin press-relizində göstərilir ki, şirkətə qarşı qaldırılmış iddiaların 95 faizi nizamlanacaq. Bu ilin sonuna qədər həmin iddiaçılara kompensasiya ödəniləcək.

Bəzi iddiaçılar bildirilir ki, “Hertz” şirkətinin icarəyə verdiyi avtomobillərin guya oğurlanması barədə yalan məlumatlar səbəbindən bu şəxslər odlu silahla hədələnərək həbsxanaya düşüblər. Belə həbslərin çoxu müştərilər kirayə müqaviləsinin müddətini uzadandan sonra baş verib.