Sara Maykl: “Azərbaycanda özəl sektorun inkişafına xüsusi diqqət yetirilməlidir”

09:15 - 9.12.2022


9 dekabr, Fineko/abc.az.  “İqtisadi inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycanda özəl sektorun inkişafına xüsusi diqqət yetirilməlidir”.

ABC.AZ "Report"-a istinadla xəbər verir ki, bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl deyib.

O bildirib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatı fəal inkişaf edib, xüsusən də ÜDM artıb, yoxsulluq səviyyəsi kəskin şəkildə azalıb: "Eyni zamanda, ölkə iqtisadiyyatı əvvəllər təkcə neft və qaz hasilatı üzərində qurulsa da da, son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən birinə çevrilib".

Onun sözlərinə görə, ölkənin 5 əsas məqsədi nəzərə alınmaqla ölkə iqtisadiyyatı daha da fəal inkişaf edəcək.

Bütün xəbərlər