Gələn il Türkiyə turizm sektorundan 46 milyard dollar gəlir əldə edə bilər - Proqnoz

10:04 - 9.12.2022


9 dekabr, Fineko/abc.az  Türkiyə bu il əcnəbi turistlərin qəbulu proqnozuna yenidən baxıb - 50 milyondan 51,5 milyon nəfərə artırılıb. 

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy parlamentdə çıxışı zamanı bildirib.

"Biz 2022-ci ilin sonu üçün hədəflərimizi yuxarıya doğru nəzərdən keçirdik - bu, 51,5 milyon turist və 46 milyard dollar turizm gəliridir",- nazir deyib.

Ersoyun sözlərinə görə, gələn il Türkiyə xaricdən 60 milyon turist qəbul və 56 milyard dollar gəlir əldə etməyi gözləyir.

Bütün xəbərlər