Neftin qiyməti haqda bədbin proqnoz - 65 dollara qədər ucuzlaşacaq

10:32 - 9.12.2022


9 dekabr, Fineko/abc.az.  "Fitch Ratings" beynəlxalq reytinq agentliyi neftin qiyməti ilə bağlı proqnoz verib.

ABC.AZ Agentliyə istinadən xəbər verir ki, ali qurum bu ilin sonuna kimi neftin orta hesabla qiymətini 100 dollar proqnozlaşdırıb.

"Fitch" 2023-cü il üzrə neftin orta qiymətini 85 dollar, 2024-cü il üzrə isə 65 dollar müəyyən edib.

Qeyd edək ki, bundan əvvəl “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Avropa ölkələri üzrə risk rəhbəri Anvita Basu müsahibəsində Avrozonada iqtisadi tənəzzül və ABŞ iqtisadiyyatı üçün eyni dərəcədə optimist olmayan proqnozun gələn ildən neft qiymətlərinə təsir edəcəyini açıqlamışdı.

Bütün xəbərlər