Səfər Mehdiyev sərhədkeçmə prosesinin sadələşdirilməsi üçün əlavə avadanlığın alınması barədə tapşırıq verib

12:45 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Türkiyə ilə sərhəddə mövcud vəziyyətlə tanış olub.

DGK-in məlumatında deyilir ki, DGK-in sədri Səfər Mehdiyev və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov Sədərək Gömrük İdarəsində mövcud vəziyyətlə, eləcə də burada aparılan tikinti və yenidənqurma işləri ilə tanış olublar.

“Səfər Mehdiyev gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, Səfər Mehdiyev lazımi avadanlıqların alınmasına dair Naxçıvan MR DGK-in sədri və tikinti şirkətinin rəhbərliyi ilə müzakirələr aparıb.

 

Bütün xəbərlər