Sabir Rüstəmxanlıdan qanuna dəyişiklik edilməsinə etiraz

15:31 - 9.12.2022


9 dekabr, Fineko/abc.az. “İnzibati Xətalar Məcəlləsinə 2016-cı ildən bəri 146 dəyişiklik edilib. 4-5 ildə bu qədər dəyişiklik olarmı?”    

ABC.AZ “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bildirib. 

Millət vəkili qeyd edib ki, dəyişikliklərin çoxu rüsum və cərimələrin artırılması ilə bağlıdır: “Dəyişikliklərin böyük əksəriyyəti xalqın ziyanına olur. Ya cərimələr artır, ya da qiymətlər dəyişir. Anlayıram, müəyyən dəyişiklik olmalıdır. 

Amma qanunun müəyyən sabitliyi də vacibdir. Qanunun hədəfi olmalıdır. Qanunvericilik yaradıcılığı, qanun və onun strateji hədəflərinin düzgün müəyyən edilməsinin vacibliyini diqqətə çatdırmaq istəyirəm”.

Bütün xəbərlər