Son 11 ayda vergi ödəyiciləri bu qədər artıb 

17:31 - 9.12.2022


9 dekabr, Fineko/abc.az.  Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 14 milyard 726,8 milyon manat vəsait daxil olub.

ABC.AZ xəbır verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 85 % çoxdur.
11 aylıq vergi daxilolmalarının 7 milyard 583,1 milyon manatı qeyri-neft sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 29,2 % çoxdur.

Bütün xəbərlər