11:15 - 14.12.2022
14 dekabr, Fineko/abc.az. Elm və Təhsil Nazirliyinin “Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi” ilin sonunda nazirliyin ən böyük tenderlərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, ümumilikdə 42 tenderlə 91,5 milyon manatlıq dlövlət sifarişi bölüşdürülüb.
Sifarişlərin böyük hissəsi - 74,7 milyon manatı yeni məktəblərin tikintisi və əsaslı təmirinə sərf ediləcək.
Bəzi məktəblərin tikintisi üçün nəzərdə tutulan vəsait 9-10 milyon manata çatır.
Belə ki, Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış massivində 1200 şagird yerlik yeni tam orta məktəbin tikintisi üçün "Hidro Construction" MMC-yə 8,9 milyon manat ödəniləcək.
"Azinvest İnşaat" QSC isə iki məktəbin tikintisi üçün büdcədən 15,8 milyon manat vəsait alacaq.
Bu vəsaitin 9,045 milyon manatı Binəqədi rayonu, Xocasən qəsəbəsinin Aprel Zəfəri küçəsində 1200 şagird yerlik yeni tam orta məktəbin tikintisinə, 6,8 milyon manat isə Abşeron rayonu, Xırdalan şəhər 8 nömrəli tam orta məktəbin sökülərək yerində 960 şagird yerlik yeni binanın tikintisinə sərf ediləcək.
"İdeal TM" QSC şirkəti isə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində 313 nömrəli tam orta məktəbin əsaslı təmiri və 800 şagird yerlik əlavə korpusun tikintisi üçün büdcədən 10,9 milyon manat alacaq.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024