Parisdə YUNESCO-nun Mənzil-Qərqahında İCOM-un Baş Assambleyasının 33-cü iclasında Azərbaycan iki nümayəndə ilə təmsil edildi

18:52 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Parisdə, YUNESCO-nun Mənzil-Qərargahında 6-8 iyun 2018-ci il tarixində Beynəlxalq Muzeylər Şurası olan İCOM-un Baş Assambleyasının 33-ci iclası  keçirilmişdir. İCOM-un Milli və Beynalxalq komitələrinin üzvü, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və İCOM-un Milli komitəsinin katibi, Əminə Məlikova keçirilən iclasda iştirak ediblər. İclas zamanı təşkilatın milli və beynəlxalq komitələri arasındakı əməkdaşlıq, təşkilatın ötən ildəki görülən işlərin hesabatları dinlənilərək muzakirələr keçirilmiş. Bundan əlavə, iclasda təşkilatın maliyyə məsələrinində hesabatları dinlənilmişdir. Bu ilki iclasda, 2022-ci ildə İCOM-un Baş Konfransının hansı şəhərdə keçiriləcəyinin seçkisi baş tutdu. 2022-ci ildə keçiriləcək Baş Konfransın keçiriləcək namizəd ölkə və şəhər sırasında Çex Respublikasının paytaxtı Praqa, Norveç Krallığının paytaxtı Oslo və Misirin İsgəndəriyyə şəhərləri olmuşdur. Seçkinin nəticəsi olaraq, 2022-ci ildə İCOM-un Baş Konfransının keçiriləcəyi şəhər olaraq, 67% səs üstünliyyi ilə Misirin İsgəndəriyyə şəhəri qalib qəlmişdir.

 Belə ki, Beynəlxalq Muzeylər Şurasının rolu - cəmiyyətin inkişafına və xeyrinə işləmək, mədəni dəyərlərin qorunması üçün çalışmaqdan ibarətdir. Bundan əlavə, Beynəlxalq Muzeylər Şurasının funksiyaları aşağıdakılardır; Muzeylər üçün ümumi olan dizayn, idarə metodu, standartlar, kolleksiyaların tərtibatı və sərgilərin təşkilinin ümumi prinsipləri;   

1.iştirakçı ölkələrin diplomatik nümayəndələri üçün aparıcı forum meydanı, mədəniyyətə görkəmli töhfələr verən beynəlxalq ekspertlərin toplanması;                                                            2.müəssisələr  şəbəkəsinin inkişafını və muzey mütəxəssislərinin professional potensialının gücləndirilməsi;

3.muzey icmasının xeyrinə müvafiq sahələrdə tədqiqatların aparılması;

4. bilik mübadiləsinə şərait yaradaraq, özünəməxsus  mədəni irsin hər bir xalqın mədəniyyətə aid olunmasına dəstək vermək.

O cümlədən, İCOM-un missiyasına aşağıdakılar daxildir:                                                                         

1. mədəni mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə;

2.riskin idarə olunması;

3.mədəniyyətin və biliyin inkişafı;

4.maddi və qeyri-maddi irsin nümunələrinin qorunmnası.

Beynəlxalq Muzeylər Şurası, beynəlxalq missiyasını həyata keçirərkən- regional qurumlarla, hökumətlərarası, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Qeyd etmək lazımdır ki, Misirin İsgəndəriyyə Kitabxanası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsinə yüksək diqqət yetirir. 2014-ci ildən İsgəndəriyyə Kitabxanasında Nizami Gəncəvi İrsi-nin kataloqunun hazırlanmasına başlanılıb. Kataloqda Nizami Gəncəvi irsini araşdıran dünya tədqiqatçılarının bütün əlaqələri, "Xəmsə"nin əlyazmalarının dünya arxivlərində mövcud olan nüsxələrinin qeydiyyatı, Nizami Gəncəvi irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr, analizlər daxildir.

 


Bütün xəbərlər