Vardanyanın Qarabağa gəlməsi ilə yataqlarda qanunsuz fəaliyyət başlayıb - Vüsal Qasımlı

17:20 - 16.12.2022


16 dekabr, Fineko/abc.az. “Qarabağda bir-birindən 15 kilometr uzaqlıqda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının Vətən müharibəsindən sonra istismarı dayandırılmışdı. Lakin bədnam rusiyalı milyarder Ruben Vardanyanın Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan qaçıb Qarabağa gəlməsi və Qarabağ separatçılarının rəhbərliyinə - qondarma “dövlət naziri” postuna gətirilməsindən sonra yataqlarda yenidən qanunsuz fəaliyyətə başlanılıb”.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı dünyanın ekoloji sahədə fəaliyyət göstərən beyin mərkəzlərinə müraciətində bildirib.

Müraciətdə qeyd edilir ki, son dövrlər “Azersky” peyklərinin təsvirləri vasitəsilə “Dəmirli” mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin tikintisinin aparıldığı müəyyənləşdirilib. Nəticədə ətraf mühitə böyük ziyan dəyib, çaylar və yeraltı sular ağır metallarla çirkləndirilib. Uzun illər bu ərazilərdə ekosidlər törədilib, yanğınlar təşkil edilib, su hövzələri kimyəvi çirklənməyə məruz qalıb, Azərbaycan dövlətinə məxsus sərvətlər qanunsuz istismar olunub.

Bütün xəbərlər