Ərəb sahbkarlar Zəngilana gəlib – Əraziyə sərmayə qoyulacaq

10:59 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. "Səudiyyə Ərəbistan Krallığının Azərbaycana gələn nümayəndə heyətinin tərkibində olan investorlar azad edilmiş ərazilərə sərmayə yatırmaqda maraqlıdırlar".

ABC.AZ "Report"a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Zəngilanda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Azərbaycana geniş nümayəndə heyəti gəlib, onlar yalnız dövlət sektorunda təmsil edilmirlər, həmçinin burada özəl sektorun nümayəndələri də var:

"Nümayəndə heyətinin tərkibində Azərbaycanda energetika, xüsusilə "yaşıl energetika", kənd təsərrüfatı, eko-turizm, hotel kimi sahələrə sərmayə yatırmağa maraqlı olan investorlar var. Hesab edirəm ki, azad edilmiş ərazilərdə infrastruktur tam olanda Səudiyyə Ərəbistanı və ətraf ölkələr üçün maraq kəsb edəcək. Bu ərazilərdə turizm cəlbedicidir".

Bütün xəbərlər