Hadrut, Tuğ, Suqovuşan və Talışın tikintisi yekunlaşmaq üzrədir – Emin Hüseynov

11:36 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Hazırda Qarabağ iqtisadi rayonunda Ağdam və Füzuli şəhərlərinin baş planları hazırdır. Hadrut, Tuğ, Suqovuşan və Talışın tikintisi yekunlaşmaq üzrədir.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilan Beynəlxalq Hava Limanında görülmüş işlər və qarşıda duran planlar barədə brifinqdə söyləyib.

O, bildirib ki, nəqliyyat-logistika, enerji, su təchizatı və telekommunikasiya sahələrində işlər aparılır. “Bu günə kimi bizdə 9 avtomobil və 2 dəmir yolu tikilib. Səkkiz ay ərzində tikilmiş möhtəşəm Füzuli Beynəlxalq Hava Limanını xüsusilə qeyd etmək lazımdır”.

Sosial infrastruktur baxımından 5 məktəb layihəsinin həyata keçirildiyini bildirən E.Hüseynov Ağdam və Füzulidə 2 Mərkəzi Xəstəxananın tikintisinə başlanılacağını diqqətə çatdırıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər