Sumqayıt Kimya Sənaye Parkına 5,3 milyard manat investisiya yatırılıb

11:53 - 21.12.2022


21 dekabr, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının 11 illiyidir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkı-nın rezidentləri tərəfindən 5,3 milyard manat investisiya yatırılıb və 6 000-dən çox insan daimi işlə təmin olunub.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Parkda əlavə 300 milyon manatdan çox investisiyanın yatırılması və 2.000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər