Mikayıl Cabbarov “Lotereyaların təşkili və keçirilməsi Qaydası”nı təsdiq etdi

15:13 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin Kollegiyası “Lotereyaların təşkili və keçirilməsi Qaydası”, “Virtual lotereyanın təşkili və keçirilməsi Qaydası” və “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nı təsdiq edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Bütün xəbərlər