Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu – Müdafiə Nazirliyi məlumat yaydı

09:58 - 23.12.2022


23 dekabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələri bölmələrimizi yenidən atəşə tutub.

Müdafiə Nazirliyindən ABC.AZ-a verilən xəbərə görə, dekabrın 22-si saat 21:20-dən dekabrın 23-ü saat 04:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Bəzirxana və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Məlumata görə, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Bütün xəbərlər