İsrail prezidenti azərbaycanlı hərbçini qəbul edib

16:46 - 23.12.2022


23 dekabr, Fineko/abc.az. İsrail Prezidenti İshak Hersoq ölkə ordusunda xidmət edən azərbaycanlı Cəlal Hüseynovu qəbul edib.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilin yekunları ilə bağlı keçirilən tədbirdə Prezident 19 yaşlı C. Hüseynova mükafatı şəxsən təqdim edib.

Mərasimdə Cəlala böyük sürpriz də təşkil edilib. Belə ki, onun xəbəri olmadan anası Nüşabə Əliyeva İsrail dövlətinin təşkilatçılığı ilə Bakıdan Təl-Əvivə aparılıb.

Dekabrın 20-də baş tutmuş təltifetmə mərasimi zamanı C.Hüseynov anası ilə görüşüb və təsirli anlar yaşanıb.

Bütün xəbərlər