Türkiyə dünya turizm reytinqində 3-lüyə düşdü

14:07 - 27.12.2022


27 dekabr, Fineko/abc.az. Uzun illər dünya turizmində ilk 10-da, son illərdə isə ilk 5-də olan Türkiyə bu il ilk dəfə ilk 3-lüyə daxil olmağı bacarıb.

ABC.AZ xəbər verir ki, bu Antalya Şəhər Şurası Turizm İşçi Qrupunun hesabatında öz əksini tapıb. Hesabata əsasən, bu il dünya turizm reytinqində ciddi dəyişikliklər var. Pandemiyadan əvvəl ilk 10-luqda olan ölkələrin bəziləri kənarda qalıb, siyahıya yeni ölkələr daxil olub.

Yavuz, Türkiyənin İtaliyanı geridə qoyaraq tarixində ilk dəfə Dünyada 3-cü yerə yüksəldiyini qeyd edib:

"Bu il ən çox turist qəbul edən ilk 3 ölkə - Fransa, İspaniya və Türkiyə olub. İlk dəfə olaraq ilk 10-luğa İsrail və Yunanıstan da daxil olub”, - deyə o bildirib.

Bütün xəbərlər