İdmançılar bunlardan azad olundu

17:08 - 27.12.2022


27 dekabr, Fineko/abc.az. 2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də idmançılara verilən pul mükafatlarından vergi tutulması qaydasının dəyişməsi olacaq.

ABC.AZ xəbər verir ki, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışlarında respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50.000 manatadək hissəsi gəlir vergisindən azad edilir.

Hazırki vəziyyətə görə, yəni Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinin hazırkı redaksiyasına əsasən, beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər, rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azad edilir.

Bütün xəbərlər