11:04 - 28 Dekabr 2022
28 dekabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il tarixindən keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına başlayacaq.
Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışı həyata keçiriləcək.
Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binalardakı mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətlərə necə təsir edəcək?
ABC.AZ xəbər verir ki, əmlak eksperti Ramil Osmanlı təsiri cüzi qiymətləndirir.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin binaları qiymətləndirərək satışa çıxarıb.
"Belə ki, mənzillər qiymətləndirilərkən ərazi üzrə qiymətlər nəzərə alınır və təklif formalaşır. Bu baxımdan da bu mənzillərin bazara çıxarılması əmlak bazarında qiymətlərə təsir etməyəcək. Ümumiyyətlə keçmiş məcburi köçkünlərə verilən evlər tələb formalaşdıracaq. Lakin say etibarı ilə ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Tədricən məcburi köçkünlərin öz yurdlarına qayıtmasından sonra onların yaşadıqları mənzillərin də bazara çıxarılacağı gözlənilir. Amma satış hansı səviyyədə olacaq və hansı nəticəni verəcək indidən söyləmək çətindir. Çünki seçilən ərazilərdə mənzillərə tələbat yüksək deyil. Belə ərazilərdə satılan mənzillərin qiymətlərinə və şərtlərinə güzəşt təyin olunmalıdır", - R.Osmanlı qeyd edib.
Araşdırmalar göstərir ki, şəhər kənarındakı ərazilər şəhər mərkəzindəki ərazilərdən daha likvitdir, yəni o ərazilərdə tikilən mənzillər daha tez satılır və tikinti şirkətlərinin inşa əmlakı daha tez satmaq və qısamüddətli dövrdə mənfəət götürüb, başqa layihələrə sərf etmək imkanları yarana bilər”.
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
28 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023