Bu ünvanlarda onlayn mənzillər satılacaq

10:15 - 29.12.2022


29 dekabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ilin yanvarın 23-dən keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına başlayacaq.

Artıq nazirlik rəsmi şəkildə mənzillərin qiymətini və yerləşdiyi əraziləri və digər məlumatları da açıqlayıb.

ABC.AZ xəbər verir ki, Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən mənzillər onlayn formada satılacaq.

Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən mənzillərin qiyməti 66 304 manatdan başlayır (1 kv.m- 740 azn). 66 304 manata vətəndaşlar Ümid qəsəbəsində yeni tikilidə tam təmirli 3 otaqlı ( 89 kv.m) mənzili ala bilərlər.

Ramana qəsəbəsində isə 3 otaq 79.2 kv.m olan mənzilin qiyməti isə 63 360 manatdır. Burada mənzillərin bir kv.m 800 manata satılır.

Bütün xəbərlər