10:13 - 25.10.2017
Kiyev şəhərində Azərbaycan və Ukrayna arasında turizm üzrə ilk birgə iclas keçirilib.
İclas gedişatında Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib ki, turizm, ölkə iqtisadiyyatının prioritetli istiqamətlərindən birinə çevrilib və turizm inkişafının, bu gün istifadə olunan geniş imkanları mövcuddur.
“2016-cı ildə Azərbaycana 54 mindən artıq Ukrayna vətəndaşı səfərə gəlib, lakin bu göstərici real potensialı əks etdirmir”, - nazir müavini belə deyib.
Ukraynanın iqtisadi inkişaf naziri Mixail Titarçuk öz növbəsində turizm sahəsində əməkdaşlığın genişlənməsinin əhəmiyyətini qeyd edib, əməkdaşlığın xüsusilə təcrübə mübadiləsi, kadrların hazırlanması, həmçinin hər iki ölkənin turizm potensialının təbliğatı üçün birgə layihələrin gerçəkləşdirilməsinin vacibliyini vurğulayıb.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024