Böyrək daşı xəstələrinə 8 tövsiyyə

16:52 - 12.06.2018


12 iyun, Fineko/abc.az. Böyrək daşlarının yaranmasında əsas səbəb mayenin kifayət qədər qəbul edilməməsidir. Lakin səbəb tək bu deyildir. Bəzi qida maddələri və pis vərdişlər də daşların yaranmasına səbəb ola bilər.

Nə etməli?

1.   Maye qəbulunu artırırın

Maye qəbulu duz kristallarının birləşərək daşa çevrilməsi ehtimalını azaldır. Insanlara sutka ərzində ~ 2,5 l maye qəbulu tövsiyyə olunur. Bu mayenin 80-90%-ni saf su təşkil etməlidir.

2.   Duz qəbulunu azaldın

Böyüklərin sutkalıq duza olan tələbatı maksimum 5 qramdır. Nəzərə almaq lazımdır ki, kolbasa, hazır qidalar və polufabrikatlar, kartof çipsi, əksər konserləşdirilmiş şorbalar, pendir, ət və balıq konservləri, konservə olunmuş tərəvəzlər, souslar  duzlu məhsullar hesab olunur.

3.  Kalsium oksalatla zəngin məhsulların qəbulunu azaldın

Əksər hallarda daşlar oksalat duzları tərkibində olur. Oksalat ilə zəngin qidalar: qreypfrut, qızardılmış kartof, ispanaq, araxis, vəzəri, turp, çuğundur, keşniş, cəfəri, yonca, pomidor, badımcan, bolqar bibəri. Kalsiumla zəngin qidalar: süd məhsulları, balıq konservası, ərik qurusu, üzüm, boranı tumu, soya, kahı, yaşıl soğan, kök. Bu qidaların istifadəsini azaldın.

4.  Sağlam çəkinizi qoruyun

Artıq çəkinizi verin, amma tədricən. Az karbohidratlı və yüksək miqdarda zülallı pəhrizlər arıqlamağa kömək etsə də, böyrəklərə yük düşür, daşların yaranma riski artır.

5.   Kofe qəbulunu azaldın

Kofein maddələr mübadiləsini sürətləndirir və susuzlaşmaya səbəb olur. Kofenin böyüklər üçün icazə verilən dozası 400 mq-dır. Bu təqribən 4 fincan kofeyə ekvivalentdir. Nəzərə alın ki, bəzi qazlı və energetik içkilər, şokolad və çay da kofein tərkiblidir.

6.  Şəkərli içkilərdən uzaq durun

Şirin içəcəklər, xüsusilə qarğıdalı siropu, fruktoza ilə zəngin şirələr daşların yaranma riskini artırır.

7.  Sitrat qəbulunu artırın

Sitratların- limon turşusunun yüksək səviyyədə olması daşların yaranmasının qarşısını alır. Sitratlarla zəngin qidalar: limon və ya laym şirəsi, portağal şirəsi, boranı, manqo, qırmızı bibərin bəzi növləri, ərik, ananas. Bu məhsulları mütləq gündəlik rasionunuza daxil edin.

8.  Turşuluğu artıran qidaları azaldın

Sidikdə yüksək turşuluq daşların yaranması üçün əlverişli mühitdir. Sidikdə turşuluğu artıran qidalar: qırmızı ət, donuz əti, toyuq əti, balıq, əksər pendir növləri, xüsusilə parmezan, yumurta. Bu qidalaraın qəbulunu azaldın.

Bütün xəbərlər