Türkiyə Azərbaycana döyüş təyyarələri satmaq istəyir

09:52 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. Türkiyə Azərbaycana özünün döyüş təyyarələrinin alınmasını təklif edib.

ABC.AZ bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir bildirib.

O qeyd edib ki, milli döyüş təyyarələri ilə bağlı dost və qardaş ölkələrə dəvət göndərmişik.

“Bu ölkələr siyahısında Azərbaycan, İndoneziya, Pakistan, Malayziyanı göstərmək olar. Əgər tələb varsa, müxtəlif səviyyələrdə bu məsələni onlara açmışıq. Tərəfdaşlığın bütün tərəflər üçün faydalı olacağını düşünürük”, - Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi deyib.

Dəmir qeyd edib ki, Türkiyə dost və qardaş ölkələrin müxtəlif səviyyələrdə müdafiə sənayesi layihələrində tərəfdaş kimi iştirakına açıqdır.

Bütün xəbərlər