Bakıda daha bir Bankın əmlakı satışa çıxarılacaq

17:24 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. Yanvarın 26-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan QSC “Bank Standard” Kommersiya Bankının balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan ABC.AZ-a bildirilib ki, daşınmaz əmlak, Bakı şəhəri, Nərimanov rayonu, Rəhimov Koroğlu küçəsində istifadədə olan 0,286 hektar torpaq sahəsində yerləşən 17 nömrəli binanın 1-ci mərtəbəsində 139,9 kvadratmetr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 1 milyon 100 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.